Üzərində silah-sursat gəzdirən şəxs tutuldu

12:14 28.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı sakinində silah-sursat aşkarlanıb.

Hafta.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Post Paxtrul Xidməti əməkdaşlarının birgə keçirdiyi müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində silah-sursat daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.Bağırov müəyyən olunaraq saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman nömrəsi silinmiş “Makarov” tipli tapança və silaha məxsus 8 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.