Vacib məqamlardan biri Zəngəzur dəhlizinin türk dünyasına verəcək faydalardır - Millət vəkili

15:20 05.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün regional əməkdaşlığa böyük önəm verir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. İqtisadi cəhətdən bu dəhlizin perspektivi çox yüksəkdir. Bu barədə yerli və xarici ekspertlər danışarkən, region ölkələri üçün  dəhlizin faydalarını xüsusi vurğulayırlar.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, vacib məqamlardan biri Zəngəzur dəhlizinin türk dünyasına verəcək faydalardır:

"Qardaş Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin Türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Bütövlükdə, Zəngəzur dəhlizi türk dünyasını coğrafi baxımdan bağlayacaq ki, bu da türkdilli dövlətlərin arasındakı əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq. Fikrimcə, bu amil bütövlükdə türk dünyasını beynəlxalq müstəvidə yeni bir gücə, aktora çevirəcək.  

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Ermənistanda da başa düşməlidirlər ki, Zəngəzur dəhlizi bu ölkəni böhrandan, yoxsulluqdan xilas olmasında xüsusi rol oynayacaq. Ona görə də, ermənilər revanşist hisslərdən uzaq olmalı, regiondakı əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır".

Oxunma sayı 777
Siyasət rubrikasından digər xəbərlər