“Vətəndaşlar tərəfindən edilən şiddəti görə bilmirsinizsə, olduqca təəssüfdoğurucudur. O zaman mən sizə əməkdaşlarımın üz və alın nahiyəsindən onlara atılmış bəzi dəmir əşyaların çıxarılmasının əks olunduğu şəkilləri göstərəcəm. Onlar asayişi qoruyan polisləri yandırırdılar”.
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstan Patrul Polisi İdarəsinin rəhbəri Vaja Siradze bildirib.
Siradze deyib ki, nəsə səhlənkarlıq olarsa, müvafiq xidmətlər tədbirlər görəcəklər.
“Göstərdiyiniz zorakılıq faktlarına gəlincə, əgər kimsə xəsarət alıbsa, mən vətəndaşlardan danışıram, bu, çox pis faktdır - nə polisin, nə də ictimaiyyətin xoşuna gəlir. Lakin ola bilər, polis qüvvələri qanun pozuntusunun qarşısını alarkən hansısa vətəndaş xəsarət alsın. Hansısa səhlənkarlıq baş verərsə, müvafiq olaraq, bu ölkədə qanunauyğun tədbirlər görəcək aidiyyəti xidmətlər var. Heç bir Rusiya yoxdur, həyatı və sağlamlığı təhlükədə olan polislər var və od vurulan strateji bina var. Bu ölkədə qanun var, dövlət var və biz müvafiq tədbirlər görəcəyik, bu ölkə ayaq üstə dayanacaq və güclənəcək”, - Siradze bildirib.