Yazını böyüt
Yazını kiçilt
- Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
Alimenti qəsdən ödəmədikdə;
Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
Valideynlik hüquqlarından sui-istifadə etdikdə;
Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
Xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
Uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.