Vaqif Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

15:54 28.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev V.B.Mustafayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.