“Vaqner” döyüşçüləri Rusiya ordusuna da atəş açdığını etiraf etdi

19:56 13.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Priqojin dəfələrlə onun quldurlarının döyüş sursatı çatışmazlığı olduğunu bildirdiyi üçün ondan "Vaqner" özəl hərbi şirkətinin döyüş sursatını haraya sərf etdiyini soruşduqda Putinin aşpazı onun bir hissəsini rusların özlərinə xərclədiyini söyləyib”.

Hafta.az xəbər verir ki, bunu “UNİAN” yazır.

“Biz Rusiya ordusunun hərbçilərinin qorxub qaçan izdihamını dayandırmaq üçün başqa şeylərlə yanaşı, döyüş sursatı da sərf edirik”, - deyə Priqojin etiraf edib.

Son zamanlar Priqojinin şəxsi ordusunun, demək olar ki, bütün qüvvələrini birləşdirdiyi Baxmut istiqamətindəki "vaqner"çilər çox şanssız olub. Britaniya kəşfiyyatı son dörd gün ərzində şəhər ətrafında xeyli ərazinin işğalçılardan azad edilməsinə işarə edib.

Priqojin uğursuzluqlarda Rusiyanın 72-ci əlahiddə moto-atıcı briqadasını günahlandırır. Onun sözlərinə görə, həmin briqada hərbçiləri  Ukrayna Silahlı Qüvvələrindən qaçaraq və "vaqner"çilərin cinahını boş qoymuş və  bununla əlaqədar "Vaqner" "500 nəfərini itirmişdir".