Vardanyan Xankəndinə silahları DRONLARLA DAŞIMAQ İSTƏYİR

19:18 26.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan və Qarabağdakı separatçı rejim indi də “dronlarla Qarabağa silah-sursatın daşınmaq” la bağlı sərsəm çıxışlar edir. Mətbuatda gedən məlumatlara görə cinayətkar Vardanyan Ukraynadan Ermənistana gətirilən PUA-ları, silahları Laçın yolundan keçmədən Qarabağdakı separatçı rejimə çatdırmaq üçün alternativ “yollar” “araşdırır”.  Vardanyan bildirib ki, silah daşınmasının sürətli həll yollarından biri yüklərin dronlarla çatdırılmasıdır. O, deyib ki, biznesmenləri dronların alınmasını həyata keçirə bilər, Azərbaycan buna maneə olsa da, dayanmaq olmaz.

Hərbi ekspert Elxan Şıxəliyev hafta.az-a açıqlamasında bu məlumatları ermənilərin növbəti cəfəngiyyatı adlandırıb. Onun sözlərinə görə, separatçı rejimin rəhbərliyi Laçın yolundan yan keçməklə əlavə marşrutların olması üzərində düşünür, amma yanlışdır.

“Separatçılar ağıllarına gələn bu cür məlumatları “informasiya müharibəsi” kontekstində səsləndirirlər. Onlar vaxtilə bu təbliğat maşınını Xankəndi aeraportunun işə salınması və ora enişlərin edilməsi ilə bağlı səsləndirdilər.  Amma gördülər ki, mümkün deyil. İndi də dronlarla hava yolundan silah daşınması fikrini səsləndirirlər. Boş, real olmayan bir məsələdir. Birinci, bunu həyata keçirmək üçün Ermənistanın texnoloji vasitəsi yoxdur, digər tərəfdən də İP-lə təsdiqlənən texnoloji aparatları olmalı və mərkəzləşdirilmiş şəkildə həyata keçiriləcək texniki heyətin hazırlanmasına böyük zaman lazımdır. Üçüncü, axı onlara hava məkanından dəhlizi kim verir?!.”

E.Şıxəliyev  qeyd edib ki, bu gün sərhəd boyu ərazilərimiz 360 dərəcə perimetrdə Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir.  Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Sistemlərimizin gözündən nəinki dron, quş da yayına bilməz.  

 “Azərbaycanın icazəsi olmadan kiminsə Qarabağa uçuş etməsi mümükün deyil.  Kimsə hava məkanımızı keçmək istəsə, vurulacaq”.

Oxunma sayı 353
Siyasət rubrikasından digər xəbərlər