Yazını böyüt
Yazını kiçilt
Varşava Universitetinin Şərqi Avropa Tədqiqat Mərkəzi 2022-ci il üçün Şərq Qış Məktəbinə qəbul elan edir.
Hafta.az yazır ki, məktəb humanitar elmlər fakültəsinin sonuncu kursunun, yaşı 25-dən yuxarı olmayan (istisna hallar ola bilər), Mərkəzi və Şərqi Avropanın tarixi və müasir dövrü (tarix, politologiya, beynəlxalq münasibətlər, sosiologiya, mədəniyyətşünaslıq, etnologiya, coğrafiya, hüquq, iqtisadiyyat) üzrə magistr və ya bakalavr dissertasiyaları hazırlayan tələbələr üçün nəzərdə tutulub. Namizədlər mühazirələri başa düşməyə və istifadə etməyə imkan verəcək dərəcədə polyak dili biliklərini nümayiş etdirməlidirlər.

Müraciət üçün son tarix: 15 yanvar 2022-ci il.
Daha ətraflı bu linkə daxil olmaqla məlumat almaq olar:https://english.studium.uw.edu.pl/.../recruitment-to.../