Velosiped yolları və piyada səkiləri inşa edilib - VİDEO

17:23 04.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi layihə əsasında Buzovna-Mərdəkan avtomobil yolu üzərində “Bakı Abadlıq” MMC tərəfindən uzunluğu 8.2 km olan velosiped yolları və piyada səkiləri inşa edilib.

Bu barədə bu gün hafta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Artıq yolun bir qismində işlər yekunlaşıb. Bunun sayəsində qeyd olunan yol sahəsində piyadaların təhlükəsiz, rahat hərəkətini təmin edilib.

 

Qeyd edək ki, velosiped yollarının inşası şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, həm də velosipeddən istifadəni təşviq edən mühüm vasitələrdən biridir.