Venesuela İran üçün 1 milyon hektar torpaq ayıracaq...

18:17 11.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Venesuela hakimiyyəti əsas müttəfiqlərindən biri olan İrana taxıl, tərəvəz və meyvələrin becərilməsi üçün geniş torpaqlar verməyə hazır olduqlarını bildirib.

 

Hafta.az xəbər verir ki,  bu haqda "İran İnternational" telekanalı İran Aqrar Assosiasiyasının sədri Əli Rezvanizadəyə istinadla məlumat yayıb.

 

Ümumilikdə  Latın Amerikası ölkəsinin ərazisində İslam Respublikasının kənd təsərrüfatı layihələri üçün 1 milyon hektar ərazi ayrıla bilər.

 

Digər məhsullarla yanaşı, iranlılar burada qarğıdalı və paxlalı bitkilər becərə biləcəklər ki, bu da onların dövlətlərinin ərzaq təhlükəsizliyini gücləndirəcək. Rezvanizadə qeyd edib ki, İranın xaricdə ən azı 7 milyon hektar kənd təsərrüfatı sahəsinə ehtiyacı var. Bundan əvvəl Venesuela prezidenti Nikolas Maduro İrana səmərəli səfər edərək növbəti 20 il üçün bir sıra sahələrdə ikitərəfli əməkdaşlıq planını razılaşdırıb.