Vətəndaşların qəbulu videoformatda aparılacaq - Təhsil Nazirliyi

13:56 15.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 15-dən etibarən Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu prosesi videoformatda həyata keçiriləcək.

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, videoqəbulların keçirilməsində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir. Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edə bilərlər. Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq. Qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə etmək olar.