Vəziyyət olduqca ağırdır - Kulebadan həyəcan siqnalı

17:26 14.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Günlər içərisində ehtiyacımız olduğu silahları ala bilməsək, dağıntılarımız daha çox olacaq, eyni zamanda daha çox vətəndaşımızı itirəcəyik".

 

Hafta.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Kovenlə Kiyevdə keçirilən mətbuat konfransında deyib.

 

Nazir Mariupolda vəziyyətin çox ağır olduğunu vurğulayıb.

 

O, şəhərin blokadada olduğunu, dəqiq informasiya ala bilmədiklərini deyib.