Vidadi Muradov vəfat edib

09:21 05.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərxalça”nın sabiq sədri Vidadi Muradov vəfat edib.

Hafta.az-ın məlumatına görə, V.Muradov bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Noyabrın 1-də isə Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.

İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.