Vinnitsada raket zərbələrindən ölənlərin sayı 20-yə çatdı: 3-ü uşaqdır

18:12 14.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kiyev vaxtı ilə saat 14:00-a(Bakı-15:00) olan məlumata görə, bu gün səhər saatlarında Rusiya hərbçilərinin Vinnitsaya raket zərbəsi endirməsi nəticəsində artıq 20 nəfərin öldüyü məlum olub.

Hafta.az xəbər verir ki, bu haqda “GORDON” nəşri Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

"Təəssüf ki, ölənlərin sayı 20-yə çatıb. Onlardan 3-ü uşaqdır", - məlumatda belə deyilir.

İlkin məlumatlarda 90-dək insanın yaralandığı, onlardan 50-nin vəziyyətinin ağır olduğu bildirilib.

Xüsusi polis rabitə xəttinə düşmən raketlərinin düşdüyü ərazidə olan vətəndaşların itkin düşməsi barədə 15 məlumat daxil olub. Onlarla əlaqə yaratmaq mümkün olmur.

Hadisə yerində 400-dən çox polis əməkdaşı var.

İlkin məlumatlara görə, 3 Rusiya raketi Vinnitsa şəhərində ofis məkanları olan binaya düşüb. Zərbələrdən Zabitlər Evi və yaxınlıqdakı yaşayış binaları da zədələnib.  Partlayış yerlərində yanğın baş verib və avto-dayanacağa keçib. 50-yə yaxın avtomobil yanıb. Xilasedicilər hadisə yerindədir.