“Virtual məktəb”də həftə ərzində 6 milyondan çox dərs keçirilib

13:49 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarda “Virtual məktəb”də həftə ərzində 6 milyon 200 min dərs keçirilib.

Hafta.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib.

Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.