Vladimir Jirinovski ölüb

14:09 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında vəfat edib.

Hafta.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Qeyd edək ki, V.Jirinovski fevralın 2-də COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra komaya düşmüşdü. Martın 25-də onun öldüyü xəbəri yayılsa da, məlumat sonradan təkzib edilmişdi.