Volqoqrad şəhəri yenidən Stalinqrad adlandırılacaq

10:14 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Volqoqrad Veteranları Şəhər Şurasının sədri Aleksandr Strukov bildirib ki, küçələrdə ictimai rəy sorğusu aparılıbb və nəticəyə əsasən, şəhərin adının yenidən Stalinqrad olması üçün referendum keçiriləcək.

Hafta.az-ın yazdığına görə, İkinci Dünya Müharibəsində nasistlər üzərində qələbənin mühüm dönüş nöqtələrindən olan bugünkü Volqoqradın adının Stalinqrad olaraq dəyişdirilməsi Rusiyada yenidən gündəmdədir.

“Kommersant”a danışan Aleksandr Strukov rəy sorğusu çərçivəsində təşkilat və birliklərlə danışıqlara başladıqlarını qeyd edib. O, danışıqların nəticəsinə əsasən, keçmişdə olduğu kimi, Volqoqradın adının Stalinqrad olaraq dəyişdirilməsi ilə bağlı referendumun keçirilib-keçirilməməsinə qərar verəcəklərini bəyan edib.

Xatırladaq ki, Sovet İttifaqı 2 fevral 1943-cü ildə 200 günlük Stalinqrad döyüşündə faşist Almaniyasını məğlub edib. Stalinqrad döyüşü İkinci Dünya Müharibəsində dönüş nöqtəsi kimi qeyd olunur.

2013-cü ildə Volqoqrad Şəhər Şurası hər il 2 fevral, 23 fevral, 8 may, 9 may, 22 iyun, 23 avqust, 2 sentyabr, 19 noyabr və 9 dekabr tarixlərində şəhərin "Stalinqrad" kimi qeyd edilməsinə qərar verib.

Bu il Stalinqrad döyüşünün 80 illiyi ilə əlaqədar Volqaqradın girişindəki bəzi lövhələrdə şəhərin adı dəyişdirilərək Stalinqrad yazılıb.

Oxunma sayı 264