Xabarovskda səfərbər olunanların yarısı səhvən çağırılıb

14:51 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qubernator Mixail Deqtyarev bildirib ki, Xabarovsk diyarının səfərbər edilmiş sakinlərinin təxminən yarısı səhvən çağırılıb. Siyasətçinin çıxışı onun teleqram kanalında yayımlanıb. Hafta.az "Kommersant"a istinadla bildirir.

Xabarovsk qubernatoru iddia edir ki, indi səhvən səfərbər olunanların hamısı evlərinə qayıdıb, bölgənin hərbi komissarı Yuri Layko isə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Deqtyarev Vladimir Putinin sentyabrın 21-də elan etdiyi və “qismən” adlandırdığı “səhvlərin” aradan qaldırılması barədə hesabat verən ilk qubernator deyil, lakin hələlik heç kim evə qayıdanların 50%-i barədə məlumat verməyib.

“10 gün ərzində bir neçə min soydaşımız çağırış vərəqəsi alıb hərbi komissarlıqlara gəldi və onların təxminən yarısı müqavilə üzrə hərbi xidmətə qəbul üçün seçim meyarlarına cavab vermədiyi üçün evə qayıtdı”, - Deqtyarev bildirib.

Yakutiyanın regional ictimai palatasının rəhbəri Nikolay Buqayev bazar ertəsi bildirib ki, səhvən səfərbər edilmiş 300-ə yaxın Yakutiya sakini də respublikaya qayıdıb.

Oxunma sayı 1636