Xaçmazda 2 nəfər yanğında ölüb

12:00 10.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda 2 nəfər yanğın nəticəsində ölüb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.