Xaçmazda avtomobil ağaca çırpılıb

15:59 19.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 19-u Xaçmaz şəhərində "VAZ-21099" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq ağaca çırpılıb.

Heydər Əliyev küçəsində baş verən hadisə zamanı yolun kənarındakı şam ağacı zərbənin təsirindən sınıb. Sürücü xəsarət almasa da, avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.