Xalça Muzeyində mühazirə keçirilib

09:49 09.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Xalça Muzeyində “Muzeyin kolleksiyaları necə qorunur?” adlı mühazirə keçirilib.

Xalça Muzeyindən bildirilib ki, mühazirə muzeyin eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanovanın 65 illik yubileyi münasibətilə təşkil olunub.

Mira Məmmədxanova iştirakçılara muzeyin kolleksiyasındakı xalça məmulatları, bədii metal, parça, geyim, tikmə, çini, şüşə, ağac, kağız və zərgərlik məmulatlarının qorunub saxlanılması məsələləri barədə ətraflı məlumat verib.

Bu sahədə 30 ildən artıq təcrübəsi olan baş fond mühafizi kolleksiyaların mühafizəsi işinin düzgün təşkilinin əhəmiyyətindən danışıb.

Oxunma sayı 28