Xamenei İran xalqına müraciət etdi

20:20 12.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Ali Dini Lideri Əli Xamenei xalqa müraciət edib. 

Hafta.az xəbər verir ki, Xamenei açıqlanmayan yerdən yeni bir video mesaj yayımlayıb və tərəfdarlarına 11 fevralda 1979-cu il İslam İnqilabının ildönümünü qeyd etmək üçün dövlət tərəfindən təşkil edilən mitinqlərdə iştirak etdiklərinə görə təşəkkür edib.

Xamenei mitinqlərin "İran xalqını təslim olmağa məcbur etməyə çalışan düşmənləri məyus etdiyini" bildirib.