“Xankəndinin Azərbaycanın nəzarətinə qaytarılması...” – Rusiyalı siyasətçi ermənilərə səsləndi

16:43 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Digər ərazilərin də Azərbaycanın nəzarətinə qaytarılması qaçılmazdır. Təkrar edirəm: qaçılmaz! Bu, Ermənistana və separatçılara dəfələrlə sübut edir.

Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Aleksey Naumov deyib:

“Baxın, Azərbaycan təcili yardımı artıq erməni əhalisinə kömək edir və Xankəndinə birinci daxil olur. Bu göstəricidir. Nəticədə Ermənistanın münaqişəni uzatmaq yolları, üsulları tükənəcək.

İrəvan, hələ bir müddət prosesi gecikdirə biləcək, amma onu öz xeyrinə çevirə bilməyəcək. Həqiqət Azərbaycanın tərəfindədir. Azərbaycan qalib gələcək.

Təbii ki, Azərbaycan özünü beynəlxalq münasibətlərdə proqnozlaşdırıla bilən, sabit, hörmətli, əldə edilmiş razılaşmalara əməl etməyə qadir iştirakçı kimi göstərir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regional və beynəlxalq inkişaf tempini artırmağa başladı. Bu gün Azərbaycan şübhəsiz ki, regional gücdür, regional liderdir və digər ölkələr üçün - siyasi, enerji, infrastruktur və iqtisadi baxımdan güclü tərəfdaşdır. Yəni burada heç bir sual yoxdur”.

Siyasət rubrikasından digər xəbərlər