Yazını böyüt
Yazını kiçilt
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş sənəd qəbulu davam edir.
Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənədlər sentyabrın 30-u saat 23:59-dək qəbul ediləcək.
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.
Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] ünvanına müraciət etmək olar.