Xaricdə ixtisaslaşan məzunlara dəstək veriləcək - Səhiyyə naziri

11:31 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüş keçirilib.

 

Hafta.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkədə fəaliyyət göstərən həkimlərin fəaliyyəti haqqında məlumat verib.

 

Onun sözlərinə görə, COVID-19 pandemiyasının ən kəskin zamanlarında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə iştirakçılarına, yaralılara və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər.

 

Öz növbəsində səhiyyə naziri Teymur Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən dəstək olunacağını, o cümlədən vətəndə xidmət etmək istəyənlərə lazımi şərait yaradılacağını vurğulayıb.

Oxunma sayı 35