Xarici investorlara pis xəbər: Avstraliya “qızıl viza” tətbiqini ləğv etdi

09:44 23.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliya mətbuatında çıxan xəbərlərə görə, Daxili İşlər və Kibertəhlükəsizlik naziri Kler O'Nil “qızıl viza” tətbiqinin ləğvinə dair proqramla bağlı açıqlama verib.

Hafta.az-ın yazdığına görə, O'Neil, "qızıl viza" tətbiqinin Avstraliya iqtisadiyyatının illərdir ehtiyaclarını ödəmədiyinin "açıq-aşkar olduğunu" deyib.

Bildirilir ki, “qızıl viza” proqramını daha əhatəli işçi vizaları əvəz edəcək.

Hökumətin məlumatlarına görə, 2012-ci ildən bəri proqram çərçivəsində minlərlə investora "qızıl viza" verilib və müraciətlərin təxminən 85 faizi Çindəki investorlardan gəlib.

“Qızıl viza” proqramı çərçivəsində xarici investorların təxminən 3,3 milyon dollarlıq sərmayə müqabilində Avstraliyada daimi yaşayış statusu tanınıb.