Xarici maliyyə təcrübə deyil, diktədir - Ekspert

16:19 09.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Xaricdən maliyyələşən təşkilatların həmin qurumlar qarşısında öhdəlikli olur. Bu isə o deməkdir ki, istər-istəməz fəaliyyət prosesində onlar nəzərə alınır".

Bunu hafta.az-a siyasi ekspert Azər Hüseynov Azərbaycanda xaricdən maliyyələşən və qanunları pozan media subyektləri və QHT-lərə qarşı atılan addımları edərkən bildirib.

A.Hüseynov qeyd edib ki, hansı xarici qüvvə hər hansı bir quruma maliyyə verirsə, onu ancaq öz maraqlarını nəzərə alaraq edir. Ekspert Azərbaycanın maraqları ilə maliyyə verənin maraqları zidd olduğu təqdirdə ciddi neqativ nüansların ortaya çıxacağını vurğulayıb.

"Xaricdən maliyyələşmə bir çox hallarda mədəni casusluğa gətirib çıxarda bilir. İstənilən bir problem, istənilən qüsur ancaq ölkə daxilində həll edilməlidir. Xarici təcrübədən istifadə etmək olar, amma xarici maliyyə artıq təcrübə deyil, diktədir. Gürcüstanın bu gün yaşadıqları da liberal anlayış ilə milli təhlükəsizlik anlayışlarının toqquşmasıdır".

A.Hüseynov bildirib ki, Azərbaycanda QHT-lərin xaricdən maliyyələşməsinin fəsadlarını önləmək üçün yerli maliyyə mənbələri qurulmalıdır.

"Bu mənbələr ölkənin inkişafı üçün işlər görməlidir. Xarici maliyyə xarici təzyiqin bir vasitəsidir. Xarici təzyiq isə ölkənin milli maraqları üçün təhdid elementi ola bilir".