Xarici tibbi ləvazimatların Rusiyadan çıxarılmasına qadağa qoyulub

15:05 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada xarici tibbi ləvazimatların ölkədən çıxarılmasına qadağa qoyulub.

Hafta.az xəbər verir ki, Baş nazir Mixail Mişustin sanksiyalara qədər ölkəyə gətirilən və ya hazırda gömrük yoxlanışından keçirilən xarici tibbi ləvazimatların Rusiyadan kənara çıxarılmasına qadağa qoyulmasına dair qərar imzalayıb.

Hökumət bu tədbiri ölkədə tibbi ləvazimat qıtlığının yaranmasının qarşısını almaq məqsədilə qəbul edib.