Yazını böyüt
Yazını kiçilt
Cəbhənin bəzi bölmələrində Ukrayna müdafiəçiləri Rusiya ilə dövlət sərhədinə çatdılar. Hafta.az xəbər verir ki, bu barədə OVA-nın rəhbəri Oleq Sinegubov Telegram-da məlumat verib.
"Hərbçilərimiz Xarkov vilayətinin rus işğalçılarından azad edilməsi əməliyyatını davam etdirir. Düşmən tələsik mövqelərini tərk edərək əvvəllər işğal olunmuş ərazilərin dərinliklərinə və ya dərhal Rusiya Federasiyasının ərazisinə doğru qaçır", - o yazıb.
Sinegubovun sözlərinə görə, ruslar Velikiy Burluk yaşayış məntəqələrini və Kupyanski rayonunu tərk ediblər.
"Cəbhənin bəzi bölmələrində müdafiəçilərimiz Rusiya Federasiyası ilə dövlət sərhədinə çatıblar", - UVA rəhbəri qeyd edib.