Xeyriyyəçiliklə məşgul olanlara XÜSUSİ İMTİYAZLAR VERİLƏCƏK

14:06 24.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“”Xeyriyəçilik fəaliyyəti haqqında” qanun çox vacib sənəd olacaq. Bu qanunda xeyriyyəçilik fəaliyyətinin tənzimlənməsi, xeyriyyəçilik nədir, xeyriyyəçi kim ola bilər, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlara hansı güzəştlər tətbiq oluna bilər və s. kimi məsələlələr öz əksini tapacaq”.

Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Xeyriyyəçilik fəaliyyəti ilə bağlı konkret hansı imtiyazların nəzərdə tutulduğuna gəlincə, millət vəkili deyib ki, onu öncədən demək çətindir: “Hələ ki, layihə üzərində iş aparılır. Bunu qanun hazırlanarkən bilmək olar”.

Oxunma sayı 165