Xəzər dənizi sahilində böyük iməcilik keçiriləcək

12:58 02.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 9-da Xəzər dənizinin sahilində böyük iməcilik keçiriləcək.

Hafta.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini qeyd edib ki, iməcilik 12 avqust - Xəzər dənizi günü münasibətilə keçiriləcək.

F.Əliyev vurğulayıb ki, iməcilik Buzovna çimərliyində baş tutacaq. Nazirlik rəsmisi hər kəsi iməcilikdə aktiv iştirak etməyə çağırıb.