Xəzərdə 19 yaşlı gənc boğuldu 

10:28 19.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizində, qeyri-çimərlik ərazidə bir nəfər çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə bir nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.