ABŞ-ın Skranton şəhərindəki restoranlardan birində yemək yeyən müştərinin verdiyi bəxşiş qarson Mariana Lamberti gözyaşlarına boğub.
Hafta.az-ın yazdığına görə, Erik Smith adlı müştəri iyunun 16-da Pensilvaniyanın Skranton şəhərinə səfər edib, oradakı "Alfredos Cafe"də axşam yeməyi yeyib. İtalyan üsullu stromboli sifariş edən Smith, təqdim edilmiş yeməyi və göstərilən xidməti çox bəyənib.

Yeməkdən sonra restoranın qarsonu 13,25 dollarlıq hesab gətirib. Sən demə kriptovalyuta sərmayəçisi olan Smith hesabı ödəməklə yanaşı "Alfredos Cafe"nin işçilərini və bütün ABŞ-ı heyrətə salan bəxşiş də verib. Üç min dollarlıq bəxşişi görüb müdirin otağına qaçan qarson Mariana Lambert sevincindən göz yaşlarını saxlaya bilməyib.
"CNN International"a danışan restoranın sahibi Zaxari Cekobson "Alfredos Cafe"nin bütün təbəqələri təmsil edən insanlara xidmət göstərdiyini deyib. O, 10 ildən çoxdur ailə restoranı olaraq çalışdırdığı "Eric Smith"ə niyə bu qədər bəxşiş verildiyini belə şərh edib: kriptovalyuta sektotundakı iş adamı Smith bölgədə doğulub böyüb və çox güman ki, bəxşiş cəmiyyətə geridönüşüm cəhdidir.