XİN: Hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat alsın

19:08 21.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanın ayrıseçkilik etmədən yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir”.

Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda qedy edilir ki, daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb:

“Hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat alsın”.