XİN Qazaxıstana başsağlığı verdi

16:52 27.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirdi.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

“Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.