Xırdalanda parkdan 3 min manatlıq oğurluq edilib

14:29 10.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman alətinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən hafta.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.