Xocalı qatilinin lideri olduğu blokun deputatları Xankəndində müxalifətlə görüşdü… - FOTO

19:15 07.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Serj Sərkisyanın lideri olduğu “Şərəf duyuram” blokunun parlament fraksiyasının deputatları növbəti dəfə Azərbaycanın dövlət sərhədini pozaraq Xankəndinə qanunsuz səfər ediblər.

 

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.

 

Məlumata görə, erməni deputatlar  32-ci ildir Kremlin və hazırda bilavasitə Rusiya “sülhməramlı”larının himayəsi altında bəslənən separatçı-terrorçu erməni rejimin qanunsuz qanunverici orqanının müxalif  “deputat”larıyla görüşüblər. Onların arasında “Daşnaksütyun”un Qarabağ şöbəsinin üzvləri də olub.

 

Təbii ki, görüş zamanı Ermənistanda Paşinyan, Xankəndində isə rəsmi İrəvana qarşı qəti mövqe nümayiş etdirməyən Arayik Arutyunyanın əleyhinə mübarizə yollarından bəhs edilib. Məqsəd həm İrəvanda, həm də Xankəndində birbaşa Moskvaya qulluq edən rejimlər formalaşdırmaqdır.