Xocavənd və Qlendeyl  “qardaşlaşdı” - Separatçı rejimdən növbəti təxribat

18:38 24.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan Xocavənd şəhəri ilə Amerikanın Kaliforniya ştatının Qlendeyl şəhəri  “qardaşlaşmış” şəhərlər olub.

Hafta.az xəbər verir ki, erməni mediası bu haqda məlumatı Amerikanın qərb bölgəsinin erməni milli komitəsinə (ANCA “Western Region”) məlumat verib.

“Qlendeyl meri Ardi Ardaşes Kasaxyan və şura üzvləri Ara Nacaryan və Elen Asatryanın rəhbərliyi ilə şəhərləri arasında “qardaş şəhər” əlaqələrinin yaradılmasına dair qətnamə yekdilliklə qəbul edilib”, - məlumatda belə deyilir.