Xocavəndin Qırmızı Bazar qəsəbəsində mülki erməni minaya düşdü

17:02 04.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Aprelin 2-də saat 15:35-də Qarabağdakı separatçı-terrorçu rejimin Xocavənd şəhərindəki qanunsuz  “polis idarə”sinin Qırmızı Bazar qəsəbəsindəki şöbəsinə “inzibati ərazi dairəsi”nin meşə zolağında minanın partlaması nəticəsində bir mülki vətəndaşın xəsarət alması barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

“Hadisə yerinə gedən polis əməkdaşları həmin gün saat 15:10 radələrində Qırmızı Bazarın üç sakininin Azərbaycan ordusuyla təmas xəttinə yaxın göstərilən ərazidə qulançar bitkisi yığdığını müəyyən ediblər. Bu zaman 1997-ci il təvəllüdlü G.B. minaya düşərək ağır yaralanıb”- məlumatda belə deyilir.

Yaralı Xankəndindəki xəstəxanaya yerləşdirilib, orada ona sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub.