Bakıda yanan obyekt söndürülüb

12:16 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən Hafta.az-a verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.