Xüsusi şərtlərlə pensiya alanların sayı 144,3 minə yaxın olub

11:11 02.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin iyul ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 144 299 nəfər olub.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 109 min 233 nəfər yaşa, 14 min 556 nəfər əlilliyə, 20 min 510 nəfər isə ailə başçısını itirməyə görə pensiya alıb.