Yağıntılı hava bu tarixədək davam edəcək

11:40 02.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumatda deyilib.

Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi və yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.