Yazını böyüt
Yazını kiçilt
"Mən üç şeyin baş verəcəyini dəqiq bilirəm: dəmir yolu, avtomobil yolu və elektrik xətləri. Bu üç şeydən 100% əminəm. Bu üç şeyin həyata keçirilməsi sülhdür. Təsəvvür edin ki, biz Azərbaycana səyahət edirik, Azərbaycana Ermənistandan qatar keçir və ya əksi. Bu, sülhdür".
Hafta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.
Erməni siyasətçi gələcək regional infrastrukturun əsas elementlərinin dəmir yolları, avtomobil nəqliyyatı və elektrik xətləri olacağını və onların tam şəkildə həyata keçiriləcəyinə bir daha əminliyini bildirib.