Yanğın hadisələrinin sayı artıb

11:55 27.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin I yarımilliyi ərzində ölkədə 1180 yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin cari ilin birinci yarımilliyi üzrə statistikasında qeyd olunub. Məlumata görə, ümumi yanğın sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 59 vahid artıb. Yanğınların 781-i çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 80-i açıq sahələrdə, 197-si nəqliyyat vasitələrində, 122-si isə digər yerlədə qeydə alınıb.

Yanğın hadisələri zamanı 23 nəfər həlak olub, 81 nəfər xəsarət alıb. Xəsarət alansların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 nəfər və ya 33% çoxdur.

Oxunma sayı 597