Yanğın-xilasetmə qrupu bu axşam Türkiyənin Dalaman hava limanına enəcək - Çavuşoğlu

23:31 06.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin tapşırığı ilə bu axşam 200 nəfərlik əlavə növbəti yanğın-xilasetmə qrupu təyyarə ilə Türkiyənin Dalaman şəhər hava limanına enəcək.

Bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalya vilayətinin Manavgat rayonunda keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib: "Azərbaycandan yola düşən 40 yanğınsöndürmə texnikası və 162 nəfərlik yanğın-xilasetmə qrupu Gürcüstandan Türkiyəyə daxil olub".