Yazını böyüt
Yazını kiçilt
Bu gün Yaponiya hökuməti tam tərkibdə istefa verib.
Hafta.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kisidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin yaxın bir neçə saatda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Yaponiya hökumətinin hazırki tərkibi 2021-ci il oktyabrın 4-də Kisida Baş nazir postunu tutduğu zaman formalaşıb.