Yazını böyüt
Yazını kiçilt
Almaniya Səhiyyə Nazirliyinin keçən il aldığı istifadəyə yararsız tibbi maskaları sosial yardım alan və yaşlı vətəndaşlara paylamaq istədiyi ortaya çıxıb.
Hafta.az Der Spigel-ə istinadla bildirir ki, nazirlik keçən il bir milyard avroluq maska alıb. Sonradan bu maskaların istiyə davamlı olmadığı, bu səbəbdən istifadəyə yararsız olduğu anlaşılıb.
Lakin nazirlik maskaları atmaq əvəzinə onları yaşlılara və sosial yardım alanlara paylamaq qərarına gəlib. Bu məqsədlə Məşğulluq Nazirliyinin də razılığını almaq istəsələr də, mənfi cavab alıblar. Bu məlumat ölkədə çox ciddi etirazlara səbəb olub.