ABŞ-ın Massaçusets ştatının Solsberi şəhərində təhlükəli gelgit dalğalarının qarşısını almaq üçün yaradılmış qum zolağı 72 saat ərzində yoxa çıxıb.
Hafta.az-ın “Futurizm”ə istinadən yazdığına görə, qum zolağı həmin ərazidə çimərliyə yaxın olan evlərin sahibləri tərəfindən yaradılıb və onun tikintisinə 500 min dollar xərclənib.
Bildirilib ki, zolağın 15 min ton qumdan istifadə edilərək yaradılıb və məqsədi təhlükəli dalğaların sahildəki evlərə ziyan vurmasının qarşısını almaq olub.
Lakin tikintisi fevralda başa çatdırılan zolaq dalğaların gücü ilə cəmi 72 saat ərzində dağılıb.
Könüllülər tərəfindən yaradılan Salisbury Beach Residents for Change adlı təşkilatdan bildirilib ki, qum zolağı olmasaydı, daha böyük dağıntılar olardı.
Yanvarda baş verən iki fırtına, son aylar dəniz səviyyəsinin qalxması, güclü külək və ciddi hava hadisələri ilə üzləşən Solsberiyə ciddi maliyyə ziyanı vurub.
Meteoroloq Conatan Belles, "Bu bölgə Atlantik Okeanına yaxın olduğu üçün çoxlu yağıntı alır. Bundan əlavə, şimal enlikləri ilin bir çox vaxtlarında güclü reaktiv küləklərin təsiri altında olur. Şəhər də küləklərdən təsirlənir. Atlantikada fırtınaların səbəb olduğu sahil selləri də öz işini görür” deyib.
Solsberidəki ev sahibləri əyalət hökumətinin getdikcə tez-tez baş verən iqlim hadisələri fonunda hərəkətə keçməsini və yardım göstərməsini istəyir.
Yerli “Fox59” xəbər kanalının məlumatına görə, respublikaçı senator Bruc Tarr qum zolağının bərpası üçün 1,5 milyon dollarlıq dövlət fondu üzərində işlərə başlayıb.
Massaçusets çimərliklərində tikintiyə icazə verilmədiyini xatırladan Tarr, qalıcı dalğaqıran inşa etməyin mümkün olmadığını bildirib və "Bizim maraqlarımızı qoruyacaq təbii bir həll üzərində çalışırıq" deyib.