Yaşa görə pensiya təyin edilənlərin sayı açıqlandı

11:37 16.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin aprel ayında 2306 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 55,6%-ni kişilər, 44,4%-ni isə qadınlar təşkil edib.

Hazırda kişilər üzrə pensiya yaşı 65 il, qadınlar üzrə isə 62 il 6 aydır. Qeyd edək ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Oxunma sayı 90