Yasamalda yaşayış binasında yanğın olub

10:36 01.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd qabyuyan maşın yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.